İran İslam Respublikası Məclisi Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmaq planlarını açıqlayıb.
AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin bəyanatında deyilir.
Məlumata görə, İran beynəlxalq aktdan irəli gələn öhdəlikləri yerinə yetirməkdən imtina etməyə hazırdır. Tehran uranın 60 faizdən yuxarı səviyyəyə qədər zənginləşdirilməsinə başlamaq imkanını bu addıma alternativ adlandırır.
Hakimiyyət bununla dövlətə qarşı sanksiyaların gücləndirilməsi təhlükəsinə cavab vermək istəyir.