AZXEBER.COM portalının verdiyi xəbərə görə, rəsmi Tehran Rusiyanın S-300 zenit-raket komplekslərini İrana satmaqdan imtina etməsinə görə bu ölkəyə qarşı beynəlxalq məhkəməyə iddia göndərib. Bu barədə İranın Rusiyadakı səfiri Mahmud Reza Səcədi Moskvada keçidiyi mətbuat konfransında danışıb. Onun sözlərinə görə S-300-ün göndərilməsi hüquqi baxımdan BMT Təhlükəsizlik Şurasının qətnaməsinə daxil deyil: “ Biz öz iddiamızı məhkəmənin qərarının Rusiyaya bu kompleksin tədarükünü həyata keçirməyinə kömək etməsi, Rusiyanın hüquqi əsasının olması üçün göndərmişik”- deyə səfir vurğulayıb.