İran XİN müavini: ABŞ-yə nə mesaj göndərmişik, nə də almışıq

İran XİN müavini: ABŞ-yə nə mesaj göndərmişik, nə də almışıq
DÜNYA
13:05 05.03.2026
364
İranın xarici işlər nazirinin müavini Məcid Təxtəvançi ölkəsinin ABŞ-İsrail hücumlarının başlanğıcından bəri ABŞ ilə heç bir mesaj mübadiləsi aparmadığını bildirib.

AZXEBER.COM xəbər verir ki, o, bu barədə ABŞ-də fəaliyyət göstərən MS NOW televiziyasına müsahibəsində danışıb.

Təxtəvançi qeyd edib ki, İran hazırda yalnız özünü müdafiə etməyə diqqət yetirir.

"ABŞ-dan nə mesaj almışıq, nə də göndərmişik. Biz yalnız özümüzü müdafiə etməyə fokuslanmışıq. Buna görə də ABŞ-dən və ya başqa bir tərəfdən nə mesaj göndərmişik, nə də almışıq”, – deyə o bildirib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR