Rusiya Prezidenti Vladimir Putinin İrana səfərinin vaxtı hələ razılaşdırılmayıb.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Vaxt hələ razılaşdırılmayıb", - o qeyd edib.
Onun sözlərinə görə, Moskva Tehranla əməkdaşlığı yüksək qiymətləndirir: "Bu ölkə ilə tərəfdaşlıq münasibətlərini və müxtəlif sahələrdə əlaqələrimizin inkişaf səviyyəsini yüksək qiymətləndiririk".