İran XİN: Uranın dinc məqsədlər üçün zənginləşdirilməsini davam etdirəcəyik

İran XİN: Uranın dinc məqsədlər üçün zənginləşdirilməsini davam etdirəcəyik
DÜNYA
10:17 23.06.2025
248
İran dinc məqsədlər üçün uranın zənginləşdirilməsindən imtina etmək niyyətində deyil, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində öhdəliklərinə əməl etməyə davam edir, digər dövlətlərin bu məsələdə Tehranı məhdudlaşdırmaq hüququ yoxdur.

Bunu İranın xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi bildirib.

"Biz Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin vicdanlı iştirakçısıyıq, bu əsasda biz uranı dinc məqsədlər üçün, ölkəmizin rifahı naminə zənginləşdiririk. Müqavilə çərçivəsində öhdəliklərimizə əməl etdiyimiz müddətdə heç kim bizə nə etməli olduğumuzu deyə bilməz", - o qeyd edib.
 
///report
OXŞAR XƏBƏRLƏR