İranda həkim işləyən azərbaycanlı koronavirusdan danışdı - ÖZƏL

İranda həkim işləyən azərbaycanlı koronavirusdan danışdı - ÖZƏL
SOSİAL
14:12 25.03.2020
5553
"Bayram günləri və tətil olduğu üçün hamı bir-biri ilə bayramlaşmaq istəyir. Ancaq indiki vəziyyətdə mən hamıya evdə qalmağı məsləhət görürəm. Bu dəfə heç kimin evinə getməyin, gələn qonağa qapı açmayın".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında İranın paytaxtı Tehran şəhərində həkim işləyən azərbaycanlı Meysam Gəncəvi deyib. 
 
O Azərbaycan xalqına müraciət edib: "Küçəyə ancaq məcburiyyət olduqda, nəsə almaq lazım olduqda çıxın. Çalışın müntəzəm olaraq işə də getməyin, evdən işləyin. Bu xəstəliyə ancaq evdə qalmaqla qalib gəlmək olar. Koronavirus zəncir kimi yayılmaqda davam etdikcə, biz də evdə qalmaqla, toplu şəkildə o zənciri qıra bilərik. Mən Azərbaycan xalqını evdə qalmağı, aldığı ərzaqları yuyub, dezinfeksiya etməyi və 20 saniyə əllərini yumağa çağırıram. Bu gedişlə bu işə çarə tapılacaq deyə bilərəm. Gigiyenik qaydalara əməl etmək lazımdır.
 
Evdə oturmaqla, qohum-əqrəbanı 1-2 ay görməməklə bu işin öhdəsindən gələ bilərik. Xəstələr çoxaldıqca xəstəxanalar da dolur. Bunun nəticəsi olaraq xəstəxana personalı da yorulur, öz ailələrini görə bilmirlər". 
 
Həkim deyib ki, yalnız rəsmi qurumlara inanmaq lazımdır: "Azərbaycan Səhiyyə Nazirliyinin tövsiyələrinə əməl etmək lazımdır. Sosial şəbəkədə yazılan yalan xəbərlərə aldanmasınlar. Bu gün yalnız Çin bu bəlaya qalib gəlib. Bu xəstəlik yaşı 60-dan çox olan şəxslər üçün daha təhlükəlidir. Ancaq bunu onların yanında deyib, həmin insanları qorxuya, depressiyaya salmaq lazım deyil. Bu xəstəlik cavan şəxləri də haqlayıb. İranda cavan şəxslərin bu xəstəlikdən vəfat etmə faktları da var. Ona görə heç kim arxayın olmasın, rəsmi qurumlara inansın".
 

 

 

 

 




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir