İranda koronavirusa yoluxan daha 51 nəfər öldü

İranda koronavirusa yoluxan daha 51 nəfər öldü
DÜNYA
15:09 10.05.2020
1062
İranda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan daha  51 nəfər vəfat edib.

Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 6640 nəfərə çatıb. Ölkədə son sutka ərzində koronavirusa 1383 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların sayı 107603 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 86 min 143 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2675 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.
 
///APA
OXŞAR XƏBƏRLƏR