İranda koronavirusdan ölənlərin sayı 6091-ə yüksəldi

İranda koronavirusdan ölənlərin sayı 6091-ə yüksəldi
DÜNYA
13:46 01.05.2020
965
İranda daha 63 nəfər koronavirusun qurbanı olub.

İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 6 091 nəfər olduğunu deyib.

O bildirib ki, daha 1 006 nəfərdə koronavirus aşkarlanıb və bununla da infeksiya daşıyıcılarının sayı 95 646 nəfərə çatıb.

K.Cahanpur 76 318 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını söyləyib.

O, həmçinin 2 899 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.

Qeyd edək ki, ölkənin parlament sədri Əli Laricani, birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar, ali rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, fövqəladə hallar təşkilatının başçısı İsmayıl Naccar, sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.

Bundan başqa, qadın deputat Fatimə Rəhbər, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi, İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi,İran XİN başçısının sabiq müşaviri Hüseyn Şeyxülislam və İran Ekspertlər Şurasının üzvü Seyid Həşim Bəthayi koronavirusdan ölüb.

Martın 11-i koronavirusa yoluxmuş İran parlamentinin millət vəkili Zöhrə İlahian və səhiyyə nazirinin müavini İrəç Hərirçi tam müalicə olunaraq evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 320 000-i ötüb. Bunların 1 048 936 nəfəri sağalıb, 234 283 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
Azal Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil etdi
16:15 05.03.2026
Azal Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil etdi
“Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırıldı
16:12 05.03.2026
“Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırıldı
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
15:52 05.03.2026
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi: Tehrandakı rejim xaos yayır
15:50 05.03.2026
Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi: Tehrandakı rejim xaos yayır
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində
15:38 05.03.2026
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində
NATO Baş katibi: İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır
15:36 05.03.2026
NATO Baş katibi: İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır
İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq
15:17 05.03.2026
İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq
Müharibə İrana necə təsir edəcək? - Amerikalı politoloqdan özəl açıqlama
15:04 05.03.2026
Müharibə İrana necə təsir edəcək? - Amerikalı politoloqdan özəl açıqlama
Qətər İranın Azərbaycana dron hücumlarını pislədi
15:01 05.03.2026
Qətər İranın Azərbaycana dron hücumlarını pislədi
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
15:00 05.03.2026
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
"Etirazlara başlayacağıq" - Təbrizli gənclər bəyanat verdi
14:45 05.03.2026
"Etirazlara başlayacağıq" - Təbrizli gənclər bəyanat verdi
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
14:41 05.03.2026
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
Ukrayna səfirliyi İranın Naxçıvana dron hücumlarını pislədi
14:39 05.03.2026
Ukrayna səfirliyi İranın Naxçıvana dron hücumlarını pislədi
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
14:30 05.03.2026
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu