İranın SANCHI adlı tankerin qəzaya uğraması və 30 iranlının həlak olması ilə bağlı ölkədə matəm elan edilib.
Bu barədə İran Nazirlər Kabineti qərar alıb.
Qeyd edək ki, Panama bayrağı altında fəaliyyət göstərən SANCHI tankeri Şərqi-Çin dənizində Honkonq yük gəmisi toqquşub.
Qəza nəticəsində neft tankeri alışıb və partlayış baş verib. Tankerdə olan 32 heyət üzvünün 30-u iranlı olub.
Honkonq yük gəmisində olan 21 nəfərin hamısı isə xilas edilib.
qafqazinfo