İranın Qərbi Azərbaycan vilayətində 4,5 maqnitudalı zəlzələ baş verib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, Azərbaycan saatı ilə 01:25-də bvaş verən zəlzələnin ocağı 7,16 km dərinlikdə yerləşib.
"Report"un yerli bürosunun məlumatına görə, yeraltı təkanlar Naxçıvanda da hiss olunub.











































