İranda son sutka ərzində 184 nəfər COVID-19-dan vəfat etdi

İranda son sutka ərzində 184 nəfər COVID-19-dan vəfat etdi
DÜNYA
14:15 11.08.2020
704
İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 184 nəfər vəfat edib.

Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 18 800 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 345 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 331 189 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 288 620 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 983 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.
OXŞAR XƏBƏRLƏR