İranda sərnişin təyyarəsi qəzaya uğradı - 176 nəfər həlak olub...

HADİSƏ
09:38 08.01.2020
4486
İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayan təyyarənin bütün sərnişinləri həlak olub.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi IRINN-ə verdiyi açıqlamada deyib.

M.Səliminin sözlərinə görə, sərnişinlərin meyitləri toplanmaqdadır.

Qeyd edək ki, Ukraynaya məxsus "Boeing 737" sərnişin təyyarəsi İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 167 sərnişin, 9 ekipaj üzvü olub.

Bildirilir ki, qəzaya səbəb texniki nasazlıq olub. Təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb.

----------
07:49 

Ukraynaya məxsus sərnişin təyyarəsi İranın İmam Xomeyni adına beynəlxalq hava limanı yaxınlığında qəzaya uğrayıb.

AZXEBER.COM Trend-ə istinadən verdiyi məlumata görə, qəzanı hava limanının rəhbəri təsdiq edib. Təyyarənin göyərtəsində 180 sərnişin olub.

Bildirilir ki, qəzaya səbəb texniki nasazlıq olub. Təyyarə havaya qaldıqdan bir qədər sonra qəzaya uğrayıb.

OXŞAR XƏBƏRLƏR