İrandan Azərbaycana qarşı etiraz aksiyası

İrandan Azərbaycana qarşı etiraz aksiyası
Bütün Xəbərlər
22:58 06.10.2011
1623
Oktyabrın 5-də Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu qarşısında etiraz aksiyası keçirilib.
“Media forum” saytının məlumatına görə, aksiyaya gətirilən bir qrup şagird Azərbaycan Respublikasında orta məktəblərdə hicaba qoyulan qadağaya etiraz bildirib.“Turan” agentliyi xəbər verir ki, Azərbaycanda həbsdə saxlanan İslam Partiyası fəallarının portretlərini gəzdirən aksiyaçılar şüarlar səsləndirərək rəsmi Bakıdan hicablı qızların dərsə buraxılmasını tələb ediblər.Polis aksiyaya müdaxilə etməyib.
OXŞAR XƏBƏRLƏR