İranın ali rəhbəri Məsud Pezeşkianla görüşüb

İranın ali rəhbəri Məsud Pezeşkianla görüşüb
DÜNYA
14:52 09.08.2026
230
Seyid Müctəba Hüseyni Xamenei ilə İran prezidenti ölkədəki vəziyyəti müzakirə edib

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, İranın ali rəhbərinin informasiya portalı Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin İran Prezidenti Məsud Pezeşkianla görüşdüyünü açıqlayıb.

Məlumata görə, Pezeşkian prezidentliyinin üçüncü ilinin başlanması ilə əlaqədar Ayətullah Seyid Müctəba Hüseyni Xamenei ilə görüşərək fikir mübadiləsi aparıb.

Görüşdə ölkənin məsələləri və problemləri, xüsusilə əhalinin məişət ehtiyaclarının təmin edilməsi, üçüncü məcburi müharibənin hazırkı vəziyyəti və qarşıdakı dövr, hərbi sahədəki inkişaflar, maliyyə və enerji resurslarının təmin edilməsi və xərclərin – rial, valyuta və enerji üzrə – idarə olunması, həmçinin xarici tərəflərlə iqtisadi əməkdaşlıq məsələləri ətraflı müzakirə edilib.
OXŞAR XƏBƏRLƏR