AZXEBER.COM xəbər verir ki, bu barədə "Fars” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, İran tərəfinin irəli sürdüyü şərtlərə daxildir: Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması; İrana qarşı tətbiq olunan sanksiyaların ləğvi; dondurulmuş İran vəsaitlərinin sərbəst buraxılması; müharibə nəticəsində dəyən ziyana görə kompensasiyanın ödənilməsi; İranın Hörmüz boğazı üzərində suveren hüquqlarının tanınması.
Mənbənin sözlərinə görə, qeyd olunan şərtlər danışıqlar prosesinə qayıdış və tərəflər arasında minimum etimad mühitinin formalaşdırılması məqsədilə müəyyən edilib.











































