BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

İranın Səhiyyə naziri əhaliyə xəbərdarlıq etdi: Evlərinizdən çölə çıxmayın

İranın Səhiyyə naziri əhaliyə xəbərdarlıq etdi: Evlərinizdən çölə çıxmayın
DÜNYA
23:38 25.02.2020
3305
İranın Səhiyyə naziri Kianuş Cahanpur əhalini evlərindən çölə çıxmamağa səsləyib.

Eadaily.com-un məlumatına görə, nazir bu barədə yerli televizayada çıxış edib.

"İnsanların evdə qalması daha təhlükəsiz olacaq. Son 24 saatda 34 virusa yoluxma halı qeyd edilib. Onların 16-sı Qum şəhərindədir”, - deyə Cahanpur bildirib.

İranın Çindən kənarda koronavirusa yoluxma halının ən çox baş verdiyi ölkə olduğu qeyd edilir.

Xatırladaq ki, İranda koronavirusdan ölənlərin sayı 16 nəfərə çatıb. 95 nəfər isə bu virusa yoluxub.
 
///oxu.az

OXŞAR XƏBƏRLƏR