İranın XİN naziri ABŞ-ni hədələdi

İranın XİN naziri ABŞ-ni hədələdi
DÜNYA
07:33 19.10.2026
243
İranın XİN başçısı Abbas Əraqçi ABŞ-nin İslam Respublikasına yeni hücumlar həyata keçirməyə cəhd edə biləcəyini bildirib, lakin qaçılmaz cavab barədə xəbərdarlıq edib.

Nazir bununla bağlı "X"də paylaşım edib.

"Keçən dəfə "işləri sona çatdırmaq" istəyəndə İran daha da gücləndi. Şansınızı yenidən sınamaq istəyirsiniz? Buyurun. Ancaq diqqətli olun: bizim də bitməmiş işlərimiz var", - o yazıb.

Əraqçinin bəyanatı ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Tehrana qarşı işi tezliklə başa çatdıra biləcəyini" xəbərdarlığından sonra gəlib.
 
///report///

OXŞAR XƏBƏRLƏR