İranla müharibənin başa çatacağı vaxtı açıqladı

İranla müharibənin başa çatacağı vaxtı açıqladı
DÜNYA
23:38 09.09.2026
63
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin aralıq seçkilərindən dərhal sonra başa çatacağını deyib.

Bu barədə o, jurnalistlərin suallarını cavablandırarkən danışıb. O, mümkün danışıqların hazırda Vaşinqtonun gündəmində olmadığını bildirib.

"Əvvəlcə razılaşma əldə etmək istəyirdim. Lakin artıq prosesdə xeyli irəliləmişik. Hazırda onların ölkəsindən çox az hissə qalıb, buna görə də razılaşma axtarışında deyilik. Bəli, danışıqlar baş tuta bilər, amma hazırda bunu nəzərdən keçirmirik”, – deyə ABŞ Prezidenti əlavə edib.
OXŞAR XƏBƏRLƏR