İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək

İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək
DÜNYA
05:38 12.10.2026
194
İraqın Baş naziri Əli əz-Zeydi oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər etməyi, daha sonra isə Küveytə yollanmağı planlaşdırır.

"Shafaq News" telekanalı xəbər verir ki, bu barədə telekanala məlumatlı mənbələr bildirib.

Qeyd olunub ki, İraqın neft naziri Basim Məhəmməd Xudeyr qarşıdakı danışıqların gündəliyini hazırlamaq üçün artıq Səudiyyə Ərəbistanına gəlib.

Əli əz-Zeydinin krallığa səfəri əvvəlcə iyul ayına planlaşdırılsa da, Səudiyyə qüvvələrinin İraq ərazisindəki bir neçə obyektə zərbələr endirməsindən sonra ləğv edilib.

Bağdad və Ər-Riyad səfərlə bağlı hələlik rəsmi açıqlama verməyib.
 
///report///
OXŞAR XƏBƏRLƏR