'İrəli' 10 ölkənin gənc liderlərini Bakıya toplayacaq

GƏNCLİK
17:07 05.06.2013
1459

“İrəli” İctimai Birliyi Avopa İttifaqının "Gənclər fəaliyyətdə" proqramı çərçivəsində beynəlxalq layihə keçirəcək. Gənclərin fərdi inkişafını əhatə edən və insan kapitalının inkişafı ilə bağlı olan beynəlxalq layihədə Avropanın 10 ölkəsindən 30 gəncin iştirakı nəzərdə tutulur.

"İrəli" Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Türkan Vüsatqızı gənc liderlərin Litva, Macarıstan, Moldova, Ukrayna, Malta, Türkiyə, Gürcüstan, Çexiya, Belarusiyanı təmsil edəcəklərini bildirib: “Bu ilin sentyabr ayında keçiriləcək tədbir Bakı şəhərində baş tutacaq. Layihə çərçivəsində aktiv vətəndaşlıq, özünü inkişaf, sosial layihələrdə təşəbbüskarlıq mövzuları müzakirə olunacaq və Avstriya və Macarıstandan dəvət olunmuş ekspertlər tərəfindən gənclərə master-klaslar keçiriləcək.

Təşkilatın sədri Rauf Mərdiyev isə yaxın gələcəkdə “İrəli”nin beynəlxalq əməkdaşlıq və layihələrinin sayının artacağını vurğulayıb: "Biz eyni zamanda Azərbaycan və Avropa İttifaqı ölkələrində gənclər üçün yaradılmış imkanlar, gənclərin fərdi inkişafı və gənclər siyasəti istiqamətində təcrübə və fikir mübadiləsi həyata keçirəcəyik".

 

OXŞAR XƏBƏRLƏR