'İrəli' Azərbaycan Xalq Cümhuriyyətiylə bağlı aksiya keçirəcək

GƏNCLİK
11:02 25.05.2012
1464
“İRƏLİ” ADR-in 94 illiyi ilə əlaqədar silsiləvi tədbirlər keçirəcək
“İRƏLİ” İctimai Birliyi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 94 illiyi ilə əlaqədar silsiləvi tədbirlər həyata keçirəcək.
Təşkilatın mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, ilk olaraq, 26 May tarixində “ADR haqqında bilmədiyiniz 20 fakt” adlı online aksiya keçiriləcək. Aksiyada ADR qurucuları, fəaliyyəti haqqında az məlum olan faktlar sosial şəbəkələrdə yayılacaqdır. Aksiya 30 May tarixinə qədər davam edəcəkdir.
28 May tarixində gənclər tərəfindən əhalinin sıx olan mərkəzi küçələrində ADR haqqında məlumatları özündə əks etdirən bukletlər paylanılacaq.
29 May tarixində, saat 12:00-da Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “İRƏLİ” Tədqiqatlar və İnkişaf Mərkəzinin dəstəyi ilə “İRƏLİ” İctimai-Siyasi Elmlər Kitabxanası layihəsi çərçivəsində XX əsr Azərbaycan ictimai fikrinin tanınmış nümayəndəsi, dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirinin müavini Adil xan Ziyadxanlının nəşr edilmiş “Avropada 3 aylıq bir səyahətim” adlı kitabının təqdimetmə mərasimi və ictimai müzakirəsi keçiriləcək.
Tədbirdə millət vəkili Musa Qasımlı, Akademik Vasif Məmmədəliyev və bu sahə ilə bağlı ekspertlər, tarixçilər, elm adamları, ictimai xadimlər iştirak edəcəklər.
Kitab özündə xalqımızı Avropa mədəniyyətinin bütün nailiyyətləri ilə tanış edərək, cəhalətə yox deməyə və inkişaf yoluna qədəm qoymağa çağırır. Eyni zamanda XX əsrin əvvəllərindəki Azərbaycan insanın Avropadan bəh edən ilk təsəvvürləri qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR