"İrəli" bir gündə 2 layihəyə start verdi

GƏNCLİK
23:07 11.11.2011
1553

“İRƏLİ” İctimai Birliyi bir gündə “Apple Days” və “Elite Club” layihələrinə start verdi.

İrəli İB-dən AZXEBER.COM-a verilən məlumata görə, “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinin təşəbbüsü ilə həyata keçirilən “Apple Days” layihəsinin əsas məqsədi “Apple” texnologiyalarının tarixi, imkanları, yenilikləri, şirkətin tarixi və inkişafına tövhə vermiş insanlar haqqında gənclərə geniş məlumat verməkdir.

Layihə çərçivəsində hər həftənin bazar günü, "İRƏLİ" Gənclik Mərkəzinin Şuşa zalında seminarlar keçiriləcəkdir. İnteraktiv seminarlar 20və27 Noyabr,həmçinin 4,11,18və25 dekabrtarixlərində, saat 12:00-da “İRƏLİ” Gənclik Mərkəzində keçiriləcəkdir.

Digər layihə isə gənclərin idarəetmə qabiliyyətlərinin artırılması, liderlik potensialı olan gənclərin peşəkar səviyyədə formalaşmalarına və qısa vaxt ərzində özlərini təsdiqləmələrinə dəstək olmaq məqsədilə start verilən “Elite Club” layihəsidir.

Hal-hazırda hər iki layihə üçün iştirakçıların qəbulu prosesinə start verilib. Layihələr barədə ətraflı məlumatı www.ireli.az ünvanının elanlar bölməsindən əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR