İRƏLİ-də Xalq artisti Roza Cəlilova ilə görüş keçirilib - FOTOLAR

GƏNCLİK
12:48 01.08.2024
2006
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gənclər və İdman Nazirliyi, Bakı Gənclər Mərkəzinin dəstəyi və "İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Xalq artisti, xoreoqraf, rəqqasə Roza Cəlilova ilə gənclərin görüşü keçirilib.

AZXEBER.COM xəbər verir ki, "MədəniyyətimİZ” proqramı çərçivəsində baş tutan tədbiri giriş sözü ilə açan layihə koordinatoru Riad Cəbrayılov proqram çərçivəsində həyata keçirilən mədəniyyət xadimləri ilə maarifləndirici və interaktiv görüşlərin əhəmiyyətindən bəhs edib. Azərbaycan rəqs mədəniyyətinin tarixi və inkişafından, müasir dövrümüzdə rəqs sənətinin təbliği və gənclərin sağlam ruhda yetişməsində Roza Cəlilovanın sənətdəki rolundan danışıb.

Daha sonra xoreoqraf Roza Cəlilova həyat və yaradıcılığı ilə bağlı tarixi xatirələrini bölüşüb.
 
Azərbaycan rəqs mədəniyyətinin inkişafı kontekstində müasir ənənələrinin təbliği, gənc rəqqasların yaradıcı fəaliyyətindən söhbət açılıb.

Tədbir "Azərbaycan rəqs sənəti tarixi: keçdiyimiz yol, ənənələr və müasirlik”, "Ümummilli Lider Heydər Əliyevlə bağlı olan xatirlər” və "Milli rəqs mədəniyyətinin təbliği, gənclərin yaradıcılığının inkişafı” mövzularında panel müzakirə ilə davam edib. 

Görüşün bədii hissəsində Beynəlxalq Müsabiqələr Laureatı Lenay Seyidəlizadə, Aslanə Əliyeva, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri, "Qayğı” Mərkəzinin rəqs kollektivinin ifalarında müxtəlif kompozisiyalar təqdim olunub. Respublikanın Əməkdar artisti Elza Seyidcahanın ifasında "Haxışta” nəğməsi səslənib.

"MədəniyyətimİZ” proqramı Azərbaycan incəsənətinin gənclər arasında təbliği, mədəniyyətin gündəlik həyat tərzinə çevrilməsi, gənclərin milli-mənəvi dəyərlərə xas və vətənpərvər ruhda yetişməsinə nail olmaq məqsədilə həyata keçirilir. Proqram çərçivəsində müxtəlif mədəniyyət nümayəndələri ilə musiqili görüşlərin təşkili nəzərdə tutulur.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər