“İRƏLİ” Ekstrim klub Paraplan təlimləri keçirəcək

GƏNCLİK
11:21 30.01.2013
1533

Birliyin mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan məlumata görə, nəzəri məşğələlər həftə içi saat 18:30-da “İRƏLİ” Gənclik Mərkəzində keçiriləcək.

Praktiki məşğələlər isə şənbə-bazar günləri Bakının ətrafyanı ərazilərində təşkil olunacaq. Təlimlər pulsuzdur. Praktiki məşğələlərə yalnız nəzəri məşğələləri keçmiş iştirakçılar buraxılacaq.

Təlimlərə qatılmaq üçün Sağlamlıq haqqında arayış, iştirakçının anket vərəqi, Şəxsiyyət Vəsiqəsinin surəti və 3x4 ölçüdə iki ədəd foto şəkil tələb olunur.

Təlimlərdə iştirak etmək istəyən şəxslər qeyd olunan sənədləri (Sağlamlıq haqqında arayışdan əlavə) 3 fevral 2013-cü il tarixinə qədər [email protected]/* */ ünvanına göndərə bilərlər.

Qeyd edək ki, klubun əsas məqsədi gənclərin bu idman növünə marağının artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi və ekstremal idman növlərini inkişaf etdirməkdir.

OXŞAR XƏBƏRLƏR