'İRƏLİ' Extreme Club paraplan məşğələlərə start verib

GƏNCLİK
16:55 16.07.2013
1701

“İRƏLİ” Extreme Club “Banzai” paraşüt klubu ilə birgə paraplan təlimlərinin II mövsümündə praktiki məşğələlərə start verib.

Həftə sonları Mərdəkanda dəniz kənarında paraplanla uçuşun ilkin əsasları ilə tanış olunur. Praktiki məşğələlərdə yalnız nəzəri hissəni keçən ekstrimçilər iştirak edir.

Xatırladaq ki, nəzəri ve praktiki məşğələlər Moldovadan dəvət olunmuş, paraplan üzrə ekspert, təlimçi Viktor Arpintin rəhbərliyi altında keçirilir.

Klub üzvləri təlimlərin sonunda Qusar rayonu ərazisində 2 günlük paraplanla uçuşlar edəcəklər.

OXŞAR XƏBƏRLƏR