“İrəli” gənc marketoloqlar üçün yeni layihəyə start verir
GƏNCLİK
14:56 13.12.2012
1377
“İrəli” İqtisad Mərkəzi “Modern Marketing Group” ilə birgə “Marketing Elit Club” yaradılmasını elan edir. AZXEBER.COM xəbər verir ki, yaradılacaq “Marketing Elit Club” gələcək karyeralarını marketinq istiqamətində qurmaq istəyən gənclərdən təşkil olunacaq. Bunun üçün seçilən gənclərə həm marketinq bilikləri öyrədiləcək, həm də onların şəxsi inkişafları üçün təlimlər təşkil olunacaq. Şəxsi inkişaf və bacarıqlarla bağlı təlimlər analitik təhlil metodları, marketinq bilikləri, strategiya hazırlanması, bazar araşdırması, menecmentlik, manipulyasiya üsulları, natiqlik qabiliyyəti və bu kimi vacib mövzuları əhatə edəcək. “Marketing Elit Club”a seçilən şəxslərə 6 ay müddətində müvafiq mövzularda seminar və təlimlər keçiriləcək. Layihənin sonunadək iştirak etmiş və sertifikat almış şəxslərə “Modern Marketing Group”da təcrübə üçün şərait yaradılacaq. Qeyd edək ki, özünü doğruldan şəxslər “Modern Marketing Group” tərəfindən işlə təmin olunacaq. Layihəyə rəhbərliyi “İrəli” İqtisad Mərkəzinin rəhbəri Bəhman Hüseynli edəcək. Layihə iştirakçıları “Modern Marketing Group”un əməkdaşları tərəfindən seçiləcək.