“İRƏLİ” Gəncə nümayəndəliyi yeni layihəyə start verib
GƏNCLİK
10:20 04.03.2014
1273
“İRƏLİ” İctimai Birliyinin Gəncə şəhər nümayəndəliyi "Münasibətlərdə bəzi diplomatik Texnikalar" layihəsinə start verib.Layihənin əsas məqsədi gənclərin diplomatiya sahəsində olan biliklərini artırmaq və psixologiyanın bir elm kimi bu davranışlara təsirini araşdırmaqdır.Layihənin təqdimat mərasimində çıxış edən “İRƏLİ” İctimai Birliyinin Gəncə şəhər nümayəndəliyinin sədri Elmir Bağırov, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov, Gəncə Regional Psixologiya Mərkəzinin rəhbəri Zahid Tağıyev layihə haqqında informasiya verərək onun gələcək effektivliyini bildirmişlər.İlk günün mövzusu qarşımızdakı insanların fikrini necə oxumaq və ünsiyyət zamanı təşəbbüsü necə əldə etmək barəsində olub.İkinci günün mövzusu isə bədən dilinin ötürdüğü mesajlara həsr olunub.