'İrəli' İctimai Birliyinin sədri Rauf Mərdiyev Barak Obamaya məktub yazdı- MƏTN

Bütün Xəbərlər
15:18 03.09.2012
2630

“İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev Amerika Birləşmiş Ştatları prezidenti Barak Obamaya müraciət ünvanlayıb. AZXEBER.COM həmin müraciəti təqdim edir.

Möhtərəm cənab Prezident!

Hərşeydən öncəbu sətirlərin cənabınıza ünvanlanma səbəbinin yüz minlərlə Azərbaycan gəncinin Sizə və ABŞ Dövlət Departamentinə öz mövqeyini ifadə etmək olduğunu nəzərinizə çatdırmaq istərdik!

Ümidvarıq ki, daima demokratiyadan, hüquq və azadlıqlardan ağızdolusu danışan ABŞ rəsmiləri bu məktubu diqqətlə oxuyacaq, onun özündə ehtiva etdiyireal tarixi faktlara söykənən həqiqətlərəhəm bir siyasətçi, həm də sadə bir ABŞ vətəndaşı kimi lazımi həssaslıq göstərmək üçün özlərində güc tapacaqlar!

Cari ilin avqust ayının 31–də Macarıstan tərəfinin beynəlxalq hüququn bütün tələblərinə riayətedərək, həmçinin Azərbaycan Respublikası ilə imzalanmış müvafiq ikitərəfli razılaşma çərçivəsində milli ordumuzun zabiti, Budapeşt şəhər məhkəməsinin qərarı ilə affekt vəziyyətində, onu və bayrağımızı təhqir etmiş erməni zabitini qətlə yetirmiş Ramil Səfərovun ölkəmizə təhvil verilməsi zamanı ABŞ dövlətinin verdiyi qərəzli reaksiya hər bir azərbaycanlıda dərin təəssüf və qəzəb hissi doğurmuşdur. Qeyd edək ki, Ramil Səfərovun cəzasının 8 ilini Macarıstanda çəkdikdən sonra cinayətin törəndiyi Macarıstandan tam olaraq beynəlxalq hüquqa, Strasburq konvensiyasına, BMT-nin normalarına, Avropa Şurasının və Avropa Birliyinin hüquqi çərçivələrinə uyğun şəkildə vətəndaşı olduğu Azərbaycan Respublikasına ekstradisiya olunması tam qanunauyğundur.

Cənab Prezident, bütün etiketi və rəsmiyyəti kənara qoyaraq, səmimi danışmalı olsaq deməliyik ki, əslində bu bizim ABŞ tərəfindən üzləşdiyimiz ilk qərəz, ilk ikili standart, yaxud birinci riyakarlıq nümunəsi deyil. Sıravi Azərbaycan vətəndaşı dildə bizə strateji müttəfiqlikdən, dostluqdan, terrorla mübarizədə tərəfdaşlıqdan dəm vuran ABŞ hökumətinin müxtəlif vaxtlarda ölkəmizin maraqlarına zidd olan davranışlarını və bəyənatlarını çox gözəl xatırlayır.

Biz ABŞ Dövlət Departamentinin vaxtilə ölkənizin Qafqaz regionunda müttəfiqləri sayılan Azərbaycan, Gürcüstan və Türkiyənin birgə təşəbbüsü ilə inşasına başladıqları Bakı-Axalkalaki – Qars dəmir yol xəttinin tikintisinə verdiyi isterik reaksiyanı unutmamışıq. Erməni lobbisini ələ almaq, seçkilərdə ermənilərin səsini qazanmaq naminə bir çox ABŞ rəsmilərinin ölkənin milli maraqlarını bir kənara qoyaraq, şəxsi istəklərini dövlət siyasəti qismində təqdim etmələri Azərbaycanda, həmçinin Vaşinqtonla ənənəvi müttəfiqlik münasibətlərinə malik qardaş Türkiyədə ancaq təəssüf doğurur.

Azərbaycanda bizə iqtisadi əməkdaşlıq vəd edən ABŞ-ın ölkəmizə hər cür yardımına əngəl olan qərəzli 907–ci düzəlişin hələ də ləğv olunmadığı da bizim nəzərimizdədir. Bütün sadalananları bir Prezident olaraq Sizdə bilməmiş deyilsiniz, cənab Obama!

Sizə çox yaxşı məlumdur ki, Ramil Səfərov Budapeştdə, NATO–nun tərəfdaşlıq proqramı çərçivəsində təlimdə olarkan erməni zabiti Q.Markaryanın davamlı təhdid və təhqirləri ilə üzləşmiş, zabitimizin gözləri qarşısında Azərbaycan Respublikasının dövlət bayrağı təhqir edilmişdir. Nəticədə zabitimiz öz hisləri üzərində nəzarətiitirmiş, affekt vəziyyətində onun vətənpərvərlik duyğularını təhqir etmiş ermənini cəzalandırmışdır. Ramil Səfərovun affekt vəziyyətinə düşməsini sürətləndirən bir çox obyektiv hallar var idi. Zabitimizin özünün də məhkəmə prosesində qeyd etdiyi kimi onun bir çox yaxın qohumlarının Qarabağda erməni separatçıları tərəfindən vəhşicəsinə qətlə yetirilməsi yekunda Səfərovun Markaryanın təhqirlərinə bu cür aqressiv reaksiya verməsi üçün münbit psixoloji zəmin hazırlamışdır. Onun çətinliklə göz önündən uzaqlaşdırdığı qanlı anları yenidən zabitimizə xatırladan bu təhqirlərin Marqaryan üçün bu cür yekunlaşması tibb və psixologiya qanunları nöqteyi-nəzərindən təbiidir.

Yəqin ki, Sizin də cənab Prezident yaxın qohumlarınız, ailə üzvləriniz qətlə yetirilsəydi, Ramil Səfərovun yaşadığı duyğuları Siz də yaşasaydınız bəlkə də eyni davranışı nümayiş etdirərdiniz.

Əgər Sizi həqiqətən də dediyiniz kimi hüququn aliliyi və insan ölümləri narahat edirsə, bəs nədən bu yaxınlarda Myanmada misli görünməmiş vəhşiliklə qətlə yetirilən müsəlmanların faciəsinə münasibət bildirməyi lazım bilmədiniz? Görəsən hansı səbəbdən dövlətinizin siyasi maraqlarına uyğun olduğundan Suriyada baş verən qətliyamlara iki gündən bir reaksiya verir, İraqda ABŞ ordusunun apardığı əməliyyatlar zamanı öldürülmüş 1 milyona yaxın məsum şəxslərin faciəsini heç yada da salmaq istəmirsiniz? Heç vaxt görmədiyiniz və sizdən təxminən 100 iləvvəl Osmanlıimperiyasında təfərrüatlarını qətiyyən bilmədiyiniz hadisələri erməni faciəsi adlandırır, haqqında onlarla inkarolunmaz fakt, şahid vəreal video çəkilişlər olan Xocalı soyqırımı barəsində isə susmağa üstünlük verirsiniz?

Dünyanın bir nömrəli terrorçusu elan etdiyiniz Ben Ladeni öldürmək üçün suveren bir ölkənin - Pakistanın ərazisinə icazəsiz şəkildə soxularaq, sözügedən şəxslə yanaşı onun heç bir günahı olmayan ailə üzvlərini də məhv edir, sonra isəbaşqalarından beynəlxalq hüquqa hörmət tələb edirsiniz! Biz beynəlxalq hüquqa əməl edirik, bəs Siz?

Bütün dünya sizin əsgərlərin Quantanamo həbsxanasında hərbi əsirlərlə kobud şəkildə rəftarının, zabitlərinizin isə dözülməz şəraitdə saxlanılan məhbusların dini duyğularını göz görə-görə təhqir etdiyinindəfələrlə şahidi olduğu təqdirdə, siz bəzən digər dövlətləri zorakılıqdan uzaq olmağa səsləyirsiniz ! Biz zorakılıqdan uzağıq, bəs Siz?

Çox maraqlı və təəssüfləndirici haldır ki, daima başqa ölkələrin daxili işlərinə müdaxilə etməyi sevən ABŞ Dövlət Departamenti nədənsə Norveçdə 70 yaxın insanı qətlə yetirən və İslam dininə olan nifrətini açıq şəkildə dilə gətirən Breyvikə cəmi 21 illik cəzanın verilməsinə qətiyyən reksiya vermədi.

Cənab Prezident, bütün bunlar bir yana axı, Macarıstanı və Azərbaycanı Ramil Səfərovun azadlığa buraxılması ilə əlaqədar tənqid atəşinə tutduqda niyə ABŞ–ın vədigərQərb ölkələrinin vaxtilə həbs edilmiş erməni terrorçularını məhbəsdən azad edərək cəzasız qoyduğunuunudursunuz? Sizin yadınıza bir neçə fakt salsaq yəqin ki, pis olmaz.

1984 – cü ildə sizin vətəninizABŞ – da türk konsullarını öldürdüyünə görə həbs edilərək, ömürlük cəzaya məhkum edilmiş Q.Yanukyan adlı erməni terrorçusu əfv olunaraq azadlığa buraxıldı və bu hadisəyə indiyə qədər heç bir tutarlı, məntiqli, obyektiv izahat verilməyib.

2001–ci ilin aprelində Fransa məhkəməsi Orli hava limanında törətdiyi və 8 nəfərin, o cümlədən 4 fransızın həyatına son qoyan terror aktının təşkilatçısı V.Karapetyanı əfv edərək vətəninə yolasalmışdı. Həmin vaxt Ermənistan prezidenti R.Köçəryan Karapetyanı mükafatlandırmağı da unutmamışdı. Görəsən onda hansı səbəbdən ABŞ rəsmiləri bu məsələyə biganə qalmışdı?

Bu cür hallara ötən əsrin əvvəllərində də rast gəlmək mümkündür. 1921–ci ildə Türkiyənin Daxili İşlər Naziri Tələt paşanı öldürən, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirinin müavini Behbud Ağa Cavanşiri qətlə yetirən erməni terrorçularının Avropa məhkəmələri tərəfindən bəraət almaları da hər kəsə məlum olan acınacaqlı tarixi faktlardır.

Hörmətli cənab Prezident, biz Dövlət Departamentinin Ramil Səfərovu yuxarıda adını çəkdiyimiz erməni terrorçuları ilə eyni sıraya qoyan absurd bəyənatına qətiyyətlə qarşıyıq. Karapetyanlardan, Yanukyanlardan fərqli olaraq Ramil sadəcə affekt vəziyyətində onu təhqir etmiş bir şəxsi qətlə yetirərək, həmin an psixoloji tarazlığına nəzarəti itirmiş və nəticədə hadisələrin qurbanına çevrilmiş günahsız insandır. Ramilin affekt vəziyyətində olduğunu hələ məhkəmə araşdırmasının getdiyi zaman onu müayinə etmiş 4 həkimdən 2-si qətiyyətlə bəyan etmişdilər. Əfsus ki, Budapeşt məhkəməsi öz növbəsində məsələ ilə bağlı yekun hökm çıxararkən digər 2 həkimin rəyini əsas götürmüşdür. Bu isə öz növbəsində Ramilin günahkar olmasına dair məsələdə ciddi fikir ayrılığının qaldığını birdaha sübut etməklə yanaşı, verilən qərarın düzgünlüyünə də əhəmiyyətli dərəcədə kölgə salmış olur.

Dövlət Departamentinin müvafiq bəyənatı bir daha onu göstərir ki, ABŞ rəsmiləri bəzən terrorçunu günahsızinsandan, məzlumuzalımdan, işğalçını işğala məruz qalandan ayıra bilməyəcək qədər qərəzlivəsubyektiv ola bilir. Lakin unutmayın ki, bu cür davranışlar adətən əks effektə malikdir və onlar Azərbaycan xalqının qüruruna toxunduğu qədər ABŞ-ın region əhalisi arasında olan nüfuzunu da təhlükə altına qoya bilər. ABŞ-ın birtərəfli, qərəzli davranışları cəmiyyətimizdə səylətəbliğedilən Qərb dəyərlərinin səmimiliyinə olan etimadı ciddi şəkildə sarsıdır. Bu isə regionda ABŞ-ın güclənməsini istəməyən 3-cü qüvvələr üçün münbit şərait yaradacaqdır. Biz anlayırıq ki, ABŞ-da qarşıdan gələn Prezident seçkiləri ərəfəsində Sizin hökümətüçün erməni elektoratını məmnun etməyə yönəlmiş belə bəyanatlar “zəruri”dir. Lakin düşünürük ki, ABŞ rəsmiləri ABŞ dövlət maraqlarını seçki eyforiyasına qurban verməməlidir.

Son 20 ildə biz ABŞ–dan əsasən enerji resurslarının istismarı məsələsində səmimi əməkdaşlıq görmüşük. Lakin unutmayın Azərbaycan tarixən regionun açar dövləti olmuşdur və onun ABŞ–a verə biləcəyi töhfələr arasında neft yeganə və sonuncu amil deyil. ABŞ diplomatları və siyasi strateqləri bunu yaxşı başa düşməli, ölkəmizə münasibətdə mümkün olduğu qədər tez müvafiq yanaşma ortalığa qoymalıdırlar.

İnanmaq istərdik ki, ABŞrəsmilərinin seçkilər ərəfəsində, yaxud Azərbaycan və Türkiyəyə təzyiq etmək zərurəti yarandığı anda baş qaldıran “erməni məhəbbəti” onların sağlam təfəkkürünə təsir göstərməyəcək. Çünki, ABŞ – ın strateji dövlət maraqlarının hansısa lobbi və icmaya görə qurban verilməsi həm bunu edənlərin siyasi imicinə zərbə olacaq, həmdə Vaşinqtonu yeni itkilərlə üz-üzə qoyacaq. ABŞictimaiyyəti, ən əsası isə tarix bunu heç bir siyasi liderə bağışlamır.

Biz azərbaycanlılara gəlincə, cəmiyyətimizin hər bir fərdi Ramil Səfərovun ölkəmizə qaytarılmasında əməyi keçən bütün insanlara, Macarıstan dövlətinin rəhbərliyinə ən əsası isə zabitimizi əfv etmiş ölkə başçımız cənab İlham Əliyevə minnətdardır. Bu addım bir daha Azərbaycan dövlətinin sözdə yox əməldə müstəqil olduğunu, ölkə Prezidentinin isəöz qətiyyətini hər an nümayiş etdirməyə hazırlider olmasını hər kəsə, bütün dünyaya sübut etdi. Yəqin Siz də bunu anlayaraq, müvafiq nəticələr çıxarmamış deyilsiniz.

Bəli, bu gün Azərbaycan sevinc içindədir, bu ədalətin, hüququn, qanunun, vicdanın qələbəsi münasibəti ilə duyduğumuz sevincdir. Adətən dostlar sevinci bölüşər, düşmənlər isə ona kölgə salmağa çalışarlar. Biz sizi bizimlə birgə sevinməyə çağırırıq, ən azından ona görəki, vaxtiləbu gün sizin prezidenti olduğunuzdövləti yaradanlar ədaləti özlərinin əsas şüarı elan etmişdilər. Bunu unutmayın. Biz də bizimlə birgə olanları unutmayacağıq, bizə qarşı olanları unutmayacağımız kimi....

Qeyd edək ki, Rauf Mərdiyev bu müraciəti öz adından, ətrafında 24 mindən çox universitet təhsilli gənci birləşdirən“İRƏLİ” İctimai Birliyinin təsisçiləri, idarə heyəti və üzvləri adından yazıb.

OXŞAR XƏBƏRLƏR