"İrəli" “Media Akademiya-2” layihəsi yekunlaşdı (FOTOSSESİYA+VİDEO)

"İrəli" “Media Akademiya-2” layihəsi yekunlaşdı (FOTOSSESİYA+VİDEO)
MEDİA
23:55 05.10.2011
2874
“İrəli” İctimai Birliyi “Media Akademiya-2” layihəsinin bağlanış mərasimini keçirib. Birliydən AZXEBER.COM-a verilən məlumata görə, mərasimdə millət vəkilləri, aparıcı KİV struktur rəhbərləri, tanınmış jurnalistlər, həmçinin hazırkı və ötən “Media Akademiya” layihələrinin məzunları iştirak ediblər.Mərasimi giriş sözü ilə açan “İrəli” İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı medianın cəmiyyətdə rolundan danışıb, “Media Akademiya”nın tələbə-müəllim heyətinə öz təşəkkürünü bildirib.Layihənin bu ilki məzunları öz növbələrində mərasim iştirakçıları üçün maraqlı proqram hazırlayıblar. Sonda akademiyanı uğurla bitirən 25 tələbə diplomlarla, onlardan 6-sı isə fərqlənmə diplomu ilə təltif olunub.Xatırladaq ki, “Media Akademiya-2” layihəsinin əsas məqsədi modern anlayışda, yüksək dünyagörüşlü, savadlı, qısaca professional gənc jurnalistləri yetişdirib, onların milli mətbuat məkanında layiqincə təmsil edilmələrinə nail olmaq idi.Layihə müddətində Azərbaycan mətbuatının ən tanınmış simaları, siyasətçilər, idmançılar, mədəniyyət və incəsənət xadimləri gənc jurnalistlərlə görüşüb, onlarla təcrübələrini bölüşüblər.

OXŞAR XƏBƏRLƏR