“İRƏLİ” İctimai Birliyi tərəfindən başladılan “Media Akademiya 4” layihəsinin təlimləri uğurla davam edir.
"İRƏLİ" Gənclik Mərkəzindəpeşəkar müəllimlər tərəfindən tədris olunan dərslər həftədə 4 dəfə keçirilir və layihədə jurnalistikaya maraq göstərən 30 nəfərdən çox gənc iştirak edir.
4 ay müddətində nəzərdə tutulan layihədə “Nitq mədəniyyəti və bədən jestlərinin dili”, “Protokol jurnalistikası”, “İnternet Media”, “Xəbər aparıcılığı”, “Foto repartyorluq”, “Media hüququ”, “Müasir telejurnalistika” və s. kimi fənnlər tədris olunur.
Layihədə həmçinin əlavə olaraq mədəniyyət, siyasət həftələri keçirilir. Müxtəlif sahələr üzrə ölkənin aparıcı ekspertləri layihənin qonağı olur və gənc jurnalistləri maraqlandıran suallar cavablandırılır.
Qeyd edək ki, “Media Akademiya 4” layihəsinin məqsədi Azərbaycanda media sahəsində peşəkar gənclərin hazırlanması, medianın perspektivli sahələrində yüksək dünyagörüşlü, savadlı gəncləri üzə çıxarmaq, onların bu istiqamətdə fəaliyyətini düzgün yönləndirmək, professional gənc jurnalistlər yetişdirməkdir.