İrəli sədri məmurları hədəfə aldı : ‘Vətənə xəyanət edən məmurlar...’

GƏNCLİK
16:23 14.01.2016
3482

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov dollarla verilən kreditlərin qaytarılması məsələsi ilə bağlı fikir bildirərək məmurların vətənə xəyanət etdiyini deyib.

M.Həsənov qeyd edib ki, 10 min dollara kimi krediti olan vətəndaşlar borclarını 1,05 məzənnə ilə geri qaytarılması addımı məncə çox doğru addımdır: “Çünki istehlak kreditindən istifadə edən şəxslərin bir çoxunun krediti məhz bu civardadır. Mərkəzi Bank yəqin ki, bundan böyük həcmli kreditorların borclarının ödənilməsinə görə xüsusi kompensasiyalar ayıracaqdır. Çünki 10.000-dən yuxarı olan kreditlər daha çox biznes məqsədi ilə istifadə olunan növlərdir. Bir bunu bilirəm, Vətənə xəyanət edib sahibkarların cibinə girən "məmur"lar ölkə xaricinə çıxardığı pulların bir qisminin qaytarılmasına nail olsaq, istehlak krediti olan bəlkə 10 minlərlə şəxsin borcu ödənmiş olar”.

OXŞAR XƏBƏRLƏR