'İrəli' Tarix Mərkəzi Şəkiyə ekskursiya təşkil etdi

GƏNCLİK
17:29 11.12.2012
1723

“İrəli” Tarix Mərkəzi Şəkinin 2700 illiyi və Şəki Xan sarayının 250 illiyi ilə əlaqədar olaraq Şəki şəhərinə ekskursiya təşkil edib.AZXEBER.COM-un məlumatına görə, gənclər ilk olaraq Şəki Xan sarayı ilə tanış olub və sarayın inşa tarixi, memarlıq üslubu, tarixi haqqında məlumatlar əldə ediblər.Daha sonra Şəkidə yerləşən Yuxarı Karvansaray və Aşağı Karvansarayın tarixi və memarlıq üslubları ilə tanış olublar.Gənclər həmçinin Cümə məscidi, Xan məscidi, Giləhli məscidi və Ömər Əfəndi məscidlərinin kim tərəfindən salınması, keçdikləri tarix və memarlıq üslubları haqda biliklər də əldə ediblər.Azərbaycan dramaturgiyasının banisi olan Mirzə Fətəli Axundovun, həmçinin XIX əsr Azərbaycan maarifçilik hərəkatının görkəmli nümayəndəsi Rəşid bəy Əfəndiyevin, XX əsr Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi Sabit Rəhmanın ev muzeylərində və Şəki tarix-diyarşünaslıq muzeyində də olublar.Eyni zamanda gənclər ilk xristian alban məbədi olan Kiş Alban məbədində, daha sonra Narınqala və məşhur “Gələrsən Görərsən” qalasına da gediblər.Sonda Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov gənclərlə görüşərək onlara uğurlar arzulayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fransanın Baş naziri parlamentin buraxılması ehtimalını istisna etməyib
18:56 26.08.2025
Fransanın Baş naziri parlamentin buraxılması ehtimalını istisna etməyib
ABŞ Livanla "Hizbullah"ın tərksilah edilməsini müzakirə edir
18:47 26.08.2025
ABŞ Livanla "Hizbullah"ın tərksilah edilməsini müzakirə edir
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
18:33 26.08.2025
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
18:24 26.08.2025
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
18:24 26.08.2025
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
18:13 26.08.2025
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
17:38 26.08.2025
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb