'İRƏLİ' Ukraynada 'Şərq Tərəfdaşlığı ölkələrinin gənclər siyasəti' konfransında təmsil olunur

GƏNCLİK
18:45 20.06.2013
1902

“İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev 20 iyun tarixində Ukraynanın Kiyev şəhərində start götürmüş “Şərq Tərəfdaşlığı ölkələrinin gənclər siyasəti” beynəlxalq konfransında iştirak edir.

20 iyun tarixində Ukraynanın paytaxtı Kiyev şəhərində start götürən və Avropa İttifaqı tərəfindən dəstəklənən konfransda Şərq Tərəfdaşlığı ölkələrinin (Azərbaycan, Ukrayna, Belarusiya, Moldova, Gürcüstan və Ermənistan) dövlət rəsmiləri, ictimai və gənclər təşkilatlarının nümayəndələri iştirak edirlər.

6 ölkədən 60-dan artıq iştirakçının qatıldığı konfransın əsas məqsədi müxtəlif ölkələrin gənclər siyasəti sahəsində təcrübəsinin bölüşülməsi, Avropa İttifaqının gənclər siyasətinin prioritetləri ilə tanışlıq, Şərq Tərəfdaşlığı ölkələri gənclər təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsi və proqram çərçivəsində gələcək fəaliyyətlərin müzakirəsidir.

Konfransda ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun əməkdaşı Nisə Paşayeva, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Forumunun baş katibi Vüsal Qurbanov, “İRƏLİ” Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Türkan Vüsətqızı və tələbə gənclər təşkilatlarının nümayəndələri təmsil edirlər.

OXŞAR XƏBƏRLƏR