"İrəli"də ekoloji seminarlar davam edir

GƏNCLİK
21:05 21.11.2011
1631
19 Noyabr 2011-ci il tarixində "İRƏLİ" Gənclik Mərkəzində “Planetimizi tanıyaq” layihəsinin növbəti seminarı keçirilmişdir. “İRƏLİ” Yaşıllar klubu tərəfindən həyata keçirilən görüşün əsas məqsədi gəncləri ekoloji məsələlər barəsində məlumatlılıq səviyyəsini artırmaqdan ibarətdir. 40-a yaxın gəncin qatıldığı tədbirdə “Sakit okeanın sirrləri” adlı film izlənilmiş, layihə koordinatoru Afaq Rizayevanın rəhbərliyi ilə mövzu ətrafında müzakirələr aparılmışdır. Layihə bu ilin sonunadək davam edəcək.Qeyd edək ki, bu tədbirlər “International Dialog on Environmental Action” (IDEA) kampaniyasının təşəbbüsü ilə elan olunmuş “Ekologiya ayı” çərçivəsində həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR