“İrəli”nin “Activate yourself” layihəsi yekunlaşıb

“İrəli”nin “Activate yourself” layihəsi yekunlaşıb
GƏNCLİK
20:00 27.08.2013
1723

“İrəli” İctimai Birliyinin Beynəlxalq Əlaqələr Mərkəzinin təşkilatçılığı ilə “İrəli” Gənclik Mərkəzində “Activate yourself” layihəsi keçirilib.

AZXEBER.COM xəbər verir ki, birliyin Nəzarət Təftiş Komissiyasının sədriXaqani Fərəcov“İrəli”nin beynəlxalq əlaqələrindən danışıb və qeyd edib ki, birlik mütəmadi olaraq yeni əlaqələrin qurulması istiqamətində işlər görür.“İrəli” İctimai Birliyinin Beynəlxalq əlaqələr üzrə katibi və “Activate yourself” layihəsinin rəhbəriTürkan Vüsətqızı bildirib ki, beynəlxalq əlaqələrin inkişafında zəncirvari müxtəlif tipli layihələrin keçirilməsi planlaşdırılır. Həmçinin Türkan Vüsət qızı iştirakçılara keçiriləcək növbəti beynəlxalq layihələr haqda məlumat verib.Daha sonra layihə çərçivəsində Toğrul Ələkbər tərəfindən 2 panel şəklində seminar keçirilib. Birinci paneldə aktivlik dilemmasından danışılıb, ikinci paneldə “Youth In Action” proqramı haqqında ümumi məlumat verilib.Sonda layihə iştirakçılarına sertifikatlar təqdim edilib və xatirə şəkli çəkdirilib.Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd gənclərin sosial fəaliyyətdə aktivliyinin, beynəlxalq layihələrdə təcrübələrinin artırılması, eləcə də beynəlxalq proqramlar, xüsusilə Avropa İttifaqının “Youth In Action” (Gənclər Fəaliyyətdə Proqramı) haqda gənclərin məlumatlandırılması olub.

OXŞAR XƏBƏRLƏR