‘İrəli’nin sədri bu gün dəyişəcək - YENİLƏNİB

‘İrəli’nin sədri bu gün dəyişəcək -  YENİLƏNİB
GƏNCLİK
11:33 27.06.2014
1756

Bu gün “İrəli” İctimai Birliyinin hesabat-seçki konfransında təşkilatın hazırkı sədri Rauf Mərdiyev sədr postuna namizədliyini irəli sürməyəcək.

Bu barədə R. Mərdiyev özü bildirib.

R. Mərdiyev deyib ki, “İrəli” İctimai Birliyinə rəhbərlik etdiyi dövrdə təşkilatın uğurları üçün çalışıb, təşkilatı irəli aparmağa çalışıb.

O, artıq yaşca gənclik mərhələsini arxada qoyduğu, təşkilatın rəhbərliyinə yeni gənclərin, yeni qanın gəlməsi üçün sədr postuna namizəd olmayacağını qeyd edib.

Onun sözlərinə görə, yeni gənclərin gəlişi təşkilatın inkişafında növbəti mərhələyə qədəm qoymasına səbəb olacaq.

R. Mərdiyev təcrübəsi ilə təşkilata hər zaman yardımçı olmağa hazır olduğunu da vurğulayıb.

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR