'İrəli'nin 'Virtual Səyahət' layihəsinə yekun vuruldu

GƏNCLİK
16:45 12.07.2013
1563

“İrəli” Xarici Dillər Mərkəzinin təşkil etdiyi “Virtual Səyahət” layihəsi yekunlaşıb.

AZXEBER.COM xəbər verir ki, layihə çərçivəsində iştirakçılara İspaniya, İtaliya, Yunanıstan, Fransa, Almaniya, Hindistan, Yaponiya, İngiltərə, Braziliya və Amerika Birləşmiş Ştatları kimi ölkələrin dili, tarixi, mədəniyyəti və xalqı haqqında ətraflı məlumat verilib, eyni zamanda təqdimatı keçirilən ölkəyə aid maraqlı faktlar araşdırılıb.Təqdimatlar Ləman Nəsirli, Nərmin Əhlimanzadə, Eltən Rəsulova, Ləman Həsənzadə, Səriyyə Abuzərli, Pərviz Nuriyev, Qabil Əliyev və Rəna Ağayeva tərəfindən keçirilib.Layihənin sonunda fəal iştirak edən şəxslərə sertifikatlar təqdim olunub.Qeyd edək ki, layihənin əsas məqsədi gənclərə xarici ölkələr haqqında məlumat verərək dünyagörüşünü artırmaq və virtual olaraq müəyyən ölkərin tarixi abidələri və görməli yerləri ilə tanış etmək olub.

OXŞAR XƏBƏRLƏR