'İrəli'nin yeni sədri Rauf Mərdiyev olacaq?

Bütün Xəbərlər
23:13 20.04.2012
1265
Mayın 5-də «İrəli» İctimai Birliyinin nizamnaməsinə əsasən təşkilatın II Hesabat-Seçki Konfransı keçiriləcək. Konfrans Heydər Əliyev Sarayında 1900 nəfər nümayəndə, dövlət rəsmiləri və fəxri qonaqların iştirakı ilə baş tutacaq. Tədbir əsnasında təşkilatın fəaliyyət hesabatı təqdim olunacaq və dəyərləndiriləcək, təşkilatın yeni loqotipi təqdim olunacaq, növbəti müddət üçün təşkilatın sədr və nəzarət-təftiş komissiyası üzvləri seçiləcəklər. Aprelin 16-dan etibarən «İrəli» İctimai Birliyinin bütün strukturlarının təmsilçiləri – idarə heyəti üzvləri, MNTK, katiblik, mərkəz və layihə rəhbərlərinin buraxılması haqda qərar qəbul olunub. Nizamnaməyə uyğun olaraq «İrəli» İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı təşkilatın vəzifəsindən istefa verib. O, KİV-ə açıqlamasında bildirib ki, mayın 5-də keçiriləcək konfrans zamanı təşkilata yeni sədr seçiləcək. C.Osmanlı bildirib ki, bu vəzifəyə artıq yeni gənclərin seçilməsi daha məqsədəuyğundur. «İrəli»nin yeni sədri indiyədək təşkilatın baş katibi postunu tutan Rauf Mərdiyev olacaq. Diqqətçəkən məqam ondadır ki, digər bir məlumata görə, sədr postuna seçki alternativsiz şəraitdə baş tutacaq. Bəs sıralarında minlərlə gəncin birləşdiyi bildirilən «İrəli» niyə seçkidə alternativsiz iştirak edəcək? R.Mərdiyevin təşkilatın sədri olacağı ilə bağlı məlumatlar nə dərəcədə doğrudur? Bu istiqamətdə suallarımızı cavablandıran R.Mərdiyev bildirdi ki, hazırda «İrəli»nin seçkili strukturlarda təmsil olunmaq istəyənlərin namizədliyini ya özləri, ya da qurumun digər bir üzvü tərəfindən irəli sürülməsi prosesi gedir. Belə ki, «İrəli» İctimai Birliyinin II Konfransının təşkili ilə əlaqədar işçi qrupu yaradılıb və təşkilatın idarə heyətinin üzvü Hikmət İsmayılov qrupun sədri təyin edilib. Prosesin bütün üzvlər üçün açıq oluğunu, heç kimə məhdudiyyət tətbiq olunmadığını bildirən Mərdiyev əlavə etdi ki, seçkili orqanda təmsil olunmaqla bağlı onun da namizədliyi digər bir «İrəli» üzvü tərəfindən irəli sürülüb. Hazırda sözügedən qrupda namizədlikləri irəli sürülən şəxslərin sənədlərinin yoxlanılması prosesi gedir. İndiyədək neçə nəfərin namizədliyinin irəli sürülməsi barədə məlumatı olmadığını deyən R.Mərdiyev sədr postuna yalnız onun namizədliyinin irəli sürülməsi barədə məlumatlara da aydınlıq gətirdi: «Mən bunu şərh edə bilmərəm. Əgər konfransın təşkili üzrə yaradılmış işçi qrupu yalnız bir nəfərin sədr postuna namizədliyinin irəli sürüldüyünü açıqlasa, o zaman bu haqda şərh vermək mümkündür. Digər tərəfdən, əgər belə bir hal olacaqsa – hərçənd ki, mən belə bir halın olacağını güman etmirəm – bu yenə də «İrəli»nin üzvü olan 20 min insanın seçimi, istəyi, təşəbbüsü əsasında olacaq».mənbə: "Mərkəz" qəzeti
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
17:25 09.08.2025
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
17:15 09.08.2025
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
16:52 09.08.2025
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
16:32 09.08.2025
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
16:12 09.08.2025
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
15:51 09.08.2025
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
Bakıda it oğurlayan şəxs həbs edildi
15:39 09.08.2025
Bakıda it oğurlayan şəxs həbs edildi
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
15:11 09.08.2025
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
15:05 09.08.2025
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
15:03 09.08.2025
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
14:52 09.08.2025
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
14:29 09.08.2025
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
14:17 09.08.2025
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
14:02 09.08.2025
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
13:49 09.08.2025
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
Şəkidə 5 otaqlı evdə yanğın olub
13:40 09.08.2025
Şəkidə 5 otaqlı evdə yanğın olub