30 May 2012-ci il tarixində “İRƏLİ” İctimai Birliyi Məclisinin yığıncağı keçirilmişdir. “İRƏLİ” sədri Rauf Mərdiyevin rəhbərliyi ilə keçirilən iclasda birliyin yeni baş katibi və İdarə Heyətinin üzvləri müəyyənləşmişdir. Birlikdən AZXEBER.COM-a verilən məlumata görə, məclisin qərarına əsasən səs çoxluğu nəticəsində Nərmin Məmmədova “İRƏLİ” İctimai Birliyinin baş katibi seçilib. Zaur Axundov, Aydın Məmmədov, Azər Abdullayev, Elsanə Babaşova, Nigar Quliyeva, Cavid Osmanlı, Türkay Verdiyeva, Sahil Balazadə, Nərmin Əhmədli və Günay Daşdəmirova təşkilatın İdarə Heyətinin üzvləri seçilmişlər. Məclisin yığıncağında birliyin 2012-ci ilin ikinci yarısı üçün fəaliyyət planı müzakirə edilmişdir. Xatırladaq ki, 5 May 2012-ci il tarixində Heydər Əliyev adına Sarayda keçirilmiş II Hesabat-Seçki Konfransında Rauf Mərdiyev səs çoxluğu ilə növbəti müddət üçün “İRƏLİ” İctimai Birliyinin sədri, Xəqani Fərəcov, Orxan Əmrahov, Kövsər Orucova, Leyla Yolçiyeva və Dünya FərzəliyevaMərkəzi Nəzarət Təftiş Komissiyasının üzvləri seçilmişlər.