"İrəli"ylə Tünzalə Ağayevanı birləşdirən nədir?

GƏNCLİK
12:28 12.11.2011
1537

Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə Ağayeva və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk vətənpərvərlik mahnılarından ibarət disk buraxılmışdır.

Birliyin mətbuat xidmətinin rəhbəri Vəfa Rüstəmovanın AZXEBER.COM-a verdiyi məlumata görə, “Anam Azərbaycan” adlanan albomda Tünzalə Ağayevanın “Mən Azərbaycanlıyam”, “Ölkəm”, “İgidlər”, “Şəhidim”, “Biz Gəlirik”, “Bizim Zaman”, “Qəzəl” və digər milli-mənəvi dəyərlərimizi önə çıxaran mahnıları yer almışdır. Albomun Azərbaycan gəncləri arasında geniş tanıtımı keçirilir və həmçinin vətənpərvərlik mövzusunda tədbirlərdə istifadə edilmək üçün ali və orta təhsil ocaqlarına göndərilmişdir.

Qeyd etmək lazımdır ki, İRƏLİ İctimai Birliyi müstəqilliyimizin 20-ci ili münasibətilə bundan başqa da bir neçə layihə həyata keçirilmişdir. Bunlara “Azərbaycanı Tanı” kitabı, www.discoverazerbaijan.az veb sehifəsi, Azərbaycanda “Dünya Gənclər Festivalının” keçirilməsi və s. layihələri göstərmək olar.

OXŞAR XƏBƏRLƏR