Erməni gənclər Türkiyə dövləti əleyhinə şüarlar səsləndiriblər
Ermənistanda Türkiyə bayrağı yandırılıb. İrəvanın Azadlıq meydanında “erməni soyqırımı” ilə bağlı keçirilən aksiyada Türkiyə bayrağı yandırılıb. ANS PRESS-in məlumatına görə, aksiya zamanı nümayişçilər Türkiyə dövləti əleyhinə şüarlar səsləndiriblər.
Aksiya iştirakçıları 1915-ci ildə törədilən “erməni soyqırımı”nın Türkiyə hökuməti tərəfindən tanınmasını tələb edib. Daha sonra meydana gətirilən Türkiyə bayrağı yandırılıb.
Qeyd edək ki, Ermənistan 1915-ci ildə türklərin erməni soyqımı törətdiklərini iddia edir. Bu günə qədər qondarma erməni soyqırımını Rusiya, Fransa, İtaliya, Almaniya, Hollandiya, Belçika, Polşa, Yunanıstan, Kanada, Livan, Vatikan və digər bəzi ölkələr tanıyıb.




