İrəvanın mərkəzində inqilaba çağırış səsləndi

İrəvanın mərkəzində inqilaba çağırış səsləndi
Bütün Xəbərlər
10:29 05.05.2012
1024
Ermənistanda mayın 6-da keçiriləcək parlament seçkiləri ərəfəsində əsas müxalifət partyası olan Erməni Milli Konqresi İrəvanda azadlıq meydanında mitinq keçirib. Ermənistan mətbuatının məlumatına görə, Levon Ter-Petrosyanın liderliyi ilə keçirilən mitinq son bir neçə ayın ən böyük aksiyası olub. Partiyanın rəhbəri Levon Ter-Petrosyan meydanda toplaşan minlərlə insana seçkilərdə inqilab etməyə - Milli Konqresə səs verməyə çağırıb. Onun sözlərinə görə, hakim partiya heç bir səsə malik deyil və seçkilərdə qələbə qazanmaq üçün yalnız inzibati və kriminal vasitələrə ümid edir. Erməni Milli Konqresi bəyan edib ki, əgər heç kim əlini aşağı salıb dayanmasa, Ermənistanda ədalətli və düzgün seçki keçirilmək üçün şans var. Belə olacağı təqdirdə artıq mayın 7-də Serj Sarkisyan prezident olmayacaq. Ter-Petrosyan eyni zamanda bunun üçün istənilən siyasi qüvvə ilə əməkdaşlıq etməyə razı olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR