Ölkənin şimalında yaşayan Jian Fenq yeni doğulmuş uşağının həddən artıq çirkin olduğu üçün arvadını məhkəməyə verib. Fenq arvadının əslində gözəl olmamasına rəğmən özünü gözəl kimi təqdim edərək evləndiyini iddia edərək məhkəməyə müraciət edib: "Xanımımla bir-birimizi sevib evləndik. Ancaq qız uşağımız dünyaya gəldikdən sonra hər şey dəyişdi. Uşaq heç arvadıma oxşamırdı".
Fenq doğulan körpəsinin arvadına oxşamadığını söyləyəndən sonra əsl həqiqət ortaya çıxıb. Ərinin şübhələrindən sonra sirrini açıqlayan arvadı evlənməmişdən əvvəl 100 min dollar xərcləyərək estetik əməliyyat olduğunu və özünü gözəlləşdirdiyini etiraf edib.
Həqiqətləri öyrəndikdən və arvadının əvvəlki şəkillərinə baxdıqdan sonra şoka düşən Fenq məhkəməyə gedərək, şikayət ərizəsi verib.
Ölkədə gündəmi qarışdıran bu hadisə sosial şəbəkədə də böyük marağa səbəb olub. Bir çox çinli Fenqi dəstəkləyən məktublar yazıb.Maraqlıdır ki, hətta qadınlar da, Fenqin haqlı olduğunu bildiriblər. Bir çinli qadın yazdığı mesajda, "Əgər bir münasibətə yalanla başlayarsanız, hara qədər gedə bilərsiz?" deyib