İş adamı azərbaycanlı model sevgilisini döydü - VİDEO

MAQAZİN
15:07 18.11.2020
4191

Azərbaycanlı model sevgilisi tərəfindən döyülüb.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" nəşri məlumat yayıb.

Fələstinli iş adamı Məhəmməd adlı şəxsin model sevgilisini döydüyü anların görüntüləri yayılıb. Kadrlardan göründüyü kimi iş adamı qadına boksçu kimi yumruqlar atır.

Gənc qadın bir müddət yerə yıxılıb, orada oturub. Daha sonra sevgilisinin köməyi ilə ayağa qalxan qadının qanlar içində olduğu görünür.

Bildirilir ki, gənc qadın 41 yaşındakı fələstinli iş adamı Məhəmmədlə bir il müddətinə sevgili olub. Keçən il hamilə qalan gənc qadın bu barədə sevgilisi ilə danışıb. Ancaq o anda həyatının şokunu yaşayıb.

Məlum olub ki, Məhəmməd evli imiş və Dubayda 4 övladı var. Bu xəbərdən sonra tərəflər arasında münasibətlər pozulub. 

OXŞAR XƏBƏRLƏR