İqtisadi böhranla mübarizə aparan Yunanıstanda ard-arda ürəkağrıdan hadisələr baş verir. Banka kredit borcu olan iş adamı camaatın qarşısında üstünə benzin tökərək özünü yandırıb.55 yaşlı iş adamı evi və iş yeri üçün kredit aldığı bankın Selaniki şəhərindəki şöbələrindən birinə gedərək borclarının yenidən hesablanmasını istəyib. Ancaq rədd cavabı alan iş adamı üzərinə benzin tökərək özünü yandırıb. İş adamının polislər tərəfindən xilas edilərək yaxınlıqdakı xəstəxanalardan birinə aparıldığı bildirilir.Adıçəkilməyən həmin şəxs yüngül yanıq xəsarətləri yaranıb. 55 yaşlı iş adamı iki il bundan də əvvəl anoloji addım atıbmış.