Isa Qəmbər Usama Bin Ladendən danışdı

Bütün Xəbərlər
08:25 08.05.2011
1565
Bu mənada müxalifət lideri bir nömrəli terrorçunun qətli ilə bağlı səslənən bəzi sualları normal hesab edir. 

Başqanın sözlərinə görə, xüsusən də 2001-ci ilin 11 sentyabr terror aktından sonra elə bil ki, Samyuel Hantinqton nəzəriyyəsi canlandı: “Hantinqton nəzəriyyəsi reallıqda təsdiq olunmağa başladı ki, sivilizasiyalar arasında anlaşma mümkün deyil, bu sivilizasiyalararası toqquşma real və qaçılmazdır. Sonrakı hadisələr, Əfqanıstan, İraq ətrafında baş verənlər də o istiqamətdə getdi. İndi isə elə bil ki, o dövr qapanır. Sanki sivilizasiyaların toqquşması ideyasına aludə olmağın təhlükələrini hamı dərk edir. Yəni həmin o sivilizasiyaların təmsilçiləri də. İstər Şərq sivilizasiyası olsun, istərsə də Qərb. Tərəflər dərk etməyə başladılar ki, bu istiqamətdə hərəkət etməyin perspektivi yoxdur. Yəni dünyada yeni bir mərhələ, ümumbəşəri dəyərlər mərhələsi başlamalı, hökm sürməlidir. Həmin dəyərlər hamımıza bəllidir. Avropalılar buna Avropa dəyərləri, İran və Rusiyada buna Qərb dəyərləri desələr də Amerika prezidenti Obama bunu fundamental dəyərlər adlandırsa da, mən bunu ümumbəşəri dəyərlər adlandırmağa daha çox üstünlük verirəm. Çünki hesab edirəm ki, söhbət əgər azadlıqdan, haqq-ədalətdən gedirsə, bu dəyərlər - demokratiya, insana sayğı, insanın şəxsiyyətinə, ləyaqətinə, mülkiyyətinə qayğı ümumbəşəri dəyərlərdir. Bu dəyərlərin dünya miqyasında güclənməsi mərhələsi başlayıb”.

/// Yeni Musavat

OXŞAR XƏBƏRLƏR