İsa Qəmbər: "Bunu hakimiyyətə heç vaxt bağışlamayacam"

İsa Qəmbər: "Bunu hakimiyyətə heç vaxt bağışlamayacam"
Bütün Xəbərlər
19:23 23.09.2011
1481
“Əgər həbs olunan müxalifətçilər yubileyi evlərində qeyd etməsələr, mən bunu hakimiyyətə bağışlamayacağam” Bu gün Səbail Rayon Məhkəməsində müxalifətin 2 aprel aksiyasına görə cinayət məsuliyyətinə alınmış Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılı, partiyanın gənclər komitəsnin sədri Tural Abbaslı, AXCP sərdinin müavini Fuad Qəhrəmanlı və AXCP ictimai əlaqlər şöbəsnin müdiri Məhəmməd Məcidlinin məhkəməsi davam edir. Bugünkü prosesdə AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər də ifadə verirlər. Artıq hər iki partiya lideri ifadə verməyə başlayıb. Məhkəmədə ifadə verən İsa Qəmbər deyib ki, qarşıdan Azərbaycan müstəqilliyinin 20 illiyi gəlir və bu il Müsavat partiyasının 100 illik yubileyidir, əgər həbs olunan müxalifətçilər yubileyi evlərində qeyd etməsələr, mən bunu hakimiyyətə bağışlamayacağam. Daha sonra prosesdə AXCP sədri Əli Kərimli şahid qismində ifadə verib. Ə. Kərimli aksiyalar zamanı iştirakçılardan heç kimin zorakılığa, qanun pozuntusuna yol vermədiyini deyib: “Həmin günlərdə mənim evimin qarşısında qanunsuz aksiya keçirildi. Lakin heç kim cinayət məsuliyyətinə cəlb olunmadı. Bir neçə video görüntülərə baxmışam. 2 aprel aksiyalarında qanun pozuntusuna polis əməkdaşları yol veriblər. Aksiyalarla bağlı məni Bakı Şəhər Baş Polis İdarəsinə çağırıb xəbərdarlıq ediblər. Bununla bağlı bildiriş təqdim ediblər. Lakin mən həmin bildirişi oxumaqdan və imzalamaqdan imtina etmişəm. Çünki biz dinc aksiya keçirmişik. Bu qanun pozuntusu hesab oluna bilməz ”.  /// PIA
OXŞAR XƏBƏRLƏR