İsa Qəmbər: 'Gedəcəyəm'

İsa Qəmbər:
Bütün Xəbərlər
16:10 23.02.2012
1604
Fevralın 23-də Müsavat başqanı İsa Qəmbər partiyasının mərkəzi qərargahında mətbuat konfransı keçirib. Məlumata görə, mətbuat konfransını açarkən İsa Qəmbər jurnalistlərə deyib ki, bu tədbir son vaxtlar ona Müsavat başqanlığı mövzusunda verilən suallarla bağlıdır: “Sizi dəvət etmişəm ki, nə sualınız var, verəsiniz”.Müsavat başqanı bu postda qalmayacağının birmənalı olduğunu vurğulayıb. O deyib ki, Müsavatın nizamnaməsi eyni şəxsin dalbadal iki dəfədən çox başqan seçilməsini yasaqlayır və buna görə də qarşıdan gələn qurultayda namizədliyini irəli sürməyəcək.İsa Qəmbər bildirib ki, partiya qurultayını Bakıda, Azərbaycanda keçirmək niyyətindədir. “Qurultayın xaricdə keçirilməsi variantı varmı” sualına cavabında Müsavat başqanı deyib: “Qurultayı Azərbaycanda keçirmək mümkün olmasa, bu variantı müzakirə edərik”. Müsavat başqanı jurnalistlərə onu da bildirib ki, fevralın 26-da müxalif İctimai Palatanın üzvləri Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edəcəklər.
OXŞAR XƏBƏRLƏR