‘İsa Qəmbərə zəng edib dedim ki, sənin kimi adama borclu qalmaram’ - Sərdar Cəlaloğlu

‘İsa Qəmbərə zəng edib dedim ki, sənin kimi adama borclu qalmaram’ -  Sərdar Cəlaloğlu
Bütün Xəbərlər
12:30 18.04.2013
2031

“Toya öz hədiyyəmi dostlarım vasitəsi ilə göndərdim”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu İsa Qəmbərin oğlu İlkin Qəmbərin toy mərasiminə çağrılmaması ilə bağlı danışarkən söyləyib. Partiya sədri İsa Qəmbərin onu toya çağırmamasını, şəxsi münasibətlərdən irəli gəldiyini bildirib:

“Fürsətdən istifadə edib İsa Qəmbəri və onun oğlunu təbrik edirəm. Amma İsa bəyin şəxsi münasibətləri bu səviyyəyə endirməsini onun bir siyasətçi kimi zəifləməsiylə əlaqələndirirəm. Qardaş Türkiyədə də müxalifət arasında ən ciddi şəkildə qarşıdurma müşahidə olunur. Amma onlar bir-birlərinin xeyir-şərində mütləq iştirak edirlər. Buna baxmayaraq, mən borcumu yerinə yetirdim. İsa Qəmbərin oğlunun toyuna öz hədiyyəmi dostlarım vasitəsi ilə göndərdim”.

Sərdar Cəlaloğlu toya çağırılmaması ilə bağlı İsa Qəmbərin özünə zəng etdiyini də inkar etməyib. O, İsa bəyin ona bəhanələr gətirdiyini söyləyib:

“Mən ona zəng eləyib dedim ki, niyə məni çağırmadın? O mənə dedi ki, sənə əziyyət vermək istəmirdim. Mən də dedim ki, onda sən ora gələn hamıya əziyyət vermək istəmisən, təkcə məndən başqa? Təbii ki, bunların hamısı bəhanədi. Mən onun özünə də dedim. Dedim ki, bizdə bir söz var “toyumda oynamalısan, yasımda ağlamalısan”. Dedim qardaş gəlmisən mənim toyuma? Gəlmisənsə mən də sənin toyunda iştirak etməliyəm. Başladı ki, yox əziyyət vermək istəmirəm. Mən də ona qayıtdım ki, sənin kimi adama borclu qalmaram”.

Partiya sədri münasibətlərin bu səviyyəyə enməsinin səbəblərinə də toxunub:

“O gördü ki, mən İqbal bəydən (İqbal Ağazade red.) ayrılmadım, onun fikirlərini dəstəklədim, bundan sonra mənimlə ədavətə başladı. İndi də bizi parçalamaq istəyir. Əvvəl məni dəstəkləyib, onu kənara çəkirdilər. İndi də onu çağırırlar məclislərə, məni yox. Bütün bunlara baxmayaraq, mən gənc ailəyə xoşbəxtlik arzu edirəm. İsa bəyə də arzu edirəm ki, inşallah nəvəsinin toyunda şəxsi münasibətləri toya aid etməz.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR