İsa Qəmbərin Milli Şuraya kələyi

İsa Qəmbərin Milli Şuraya kələyi
Bütün Xəbərlər
14:24 08.07.2013
1550

Turxan ƏliquliyevSon zamanlar Rüstəm İbrahimbəyov müxalifətin vahid namizədi kimi gündəmdədir. 

Buna baxmayaraq İsa Qəmbər hələ namizədliyini geri götürməyib. Bilmirəm, “2” rəqəmi nə vaxtdan vahid hesab olunur, yəqin, bu da müxalifətin yeni kəşflərindəndir. 

Ortaya dəqiq olaraq bir namizəd çıxara bilməyən müxalifətin vahid namizəd adlandırdığı Rüstəm İbrahimbəyov isə indidən prezidentlik üçün vədlər verib. Unudub ki, onun prezidentliyə namizədliyini verməsi qanuna ziddir. Qeyd edim ki, Rüstəm bəy son 10 ildə Azərbaycanda yaşamayıb, qeyri-leqal olaraq ikili vətəndaşlığı var ki, bu həm Rusiya qanunlarına, həm də Azərbaycan qanunvericiliyinə ziddir. Prezidentliyə namizədin başqa ölkə qarşısında öhdəliyi olmamalıydı və vətəndaşlıqdan imtina prosedurunun uzun çəkə biləcəyi ehtimal olunurdu. Belə də oldu, seçkilərə 4 ay qalmış Rüstəm bəyin Rusiya vətəndaşlığından imtina etməsi üçün 6 ay lazım oldu.

Elə isə maraqlı bir sual yaranır, necə oldu ki, Milli Şura namizəd seçimində belə səhlənkarlığa yol verdi? Buradan belə nəticə çıxır ki, Milli Şurada təmsil olunan İsa Qəmbər Milli Şuraya bir növ kələk gəldi. Çünki uzun illərin siyasətçisi ola bilməz ki, Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini verməsinin qanundankənar olduğunu bilməsin. O, sadəcə, sakit duraraq aranın qarışmağını gözlədi və məqsədinə çatdı. Digərlərinin prezidentliyə namizədliyini irəli sürməyəcəyi halda İsa bəy vahid namizəd olaraq seçkilərə gedə bilər. Nəzərə alsaq ki, müxalifətin vahid anlayışı 2-dir, heç şübhəsiz vahid 3-ə də qalxa bilər, 4-ə də. Yəni Milli Şura müxalifətin seçki öncəsi “yalançı” birliyidir.

Rüstəm İbrahimbəyov “skype” vasitəsi ilə 2 illik prezidentlik müddətində həyata keçirəcəyi islahatlardan, verdiyi vədlərdən danışıb. Gəlin tanış olaq:

 - Milli Məclis buraxılır və azad seçkilərlə xalqı təmsil edən yeni parlament seçilir.

 - Ölkədə prezidentlik ləğv olunur və Avropada olduğu kimi parlament idarəsinə keçilir, yəni parlament cümhuriyyəti qurulur.

 - İcra Hakimiyyətlərinin səlahiyyətlərinin əsas hissəsi azad seçki yolu ilə seçilən bələdiyyələrə verilir.

 - Bütün siyasi partiya və təşkilatlar üçün bərabər mübarizə şəraiti yaradılır.

 - Bütün nazirlik və hökumətin əsas vəzifələri, əsasən xarici təhsilli, savadlı, geniş dünya görüşlü və ən əsası xalqın mənafeyini hər şeydən üstün tutan gənc kadrlara verilir.

 - Ölkənin bütün sahələrində köklü islahatlar aparılır. Rüşvətə tam bulaşmış nazirlik idarələr ləğv edilir və ya struktur dəyişikliyi aparılır. Yerdə qalan idarələrdə isə rüşvətə bulaşmış kadrlar yeniləri ilə əvəzlənir.

 - Və ən əsası insanların ləyaqəti özlərinə qaytarılır. Heç kimin başqasının haqqını tapdalamağına icazə verilmir. Vəzifəsindən və pulundan asılı olmayaraq hər bir vətəndaşın bərabər hüquqları təmin edilir.

Çox maraqlıdır, Rüstəm bəy bu qədər vədi hansı dildə verib? Azərbaycan dilini bilməyən bir namizəd əvvəlcə öz dilini öyrənsə, yaxşı olar. Bundan əlavə, Rüstəm bəy vəd verib ki, dövlət strukturlarında əsas vəzifələri xaricdə təhsil alanlara verəcək, yəni Azərbaycan universitetlərində təhsil alan və ya məzun olan gənclər işsiz qalacaq. Yəqin xoş niyyətlə bir cümlə işlədib, lakin rus dilindən öz dilimizə tərcümə edənlər cümləni yaxşı anlamayıb. Bu halda bir deyim yadıma düşür, “Avazınız yaxşı gəlir amma heyif ki, oxuduğun Quran deyil”. 

Ümumiyyətlə Milli Şuranı təmsil edənlərin keçmişinə nəzər salsaq, bir zamanlar hakimiyyətin yanında olan, hakimiyyəti tərifləyən, lakin tutduqları vəzifədən azad edildikdən sonra hakimiyyətə qarşı çıxan insanların toplandığı bir yer olduğunu açıq aşkar görmək mümkündür. Hətta hakimiyyəti gözdən salmaq üçün böhtan və yalanlarla dolu çıxışlar da həmin insanlara yad deyil. Misal üçün Gültəkin Hacıbəylini göstərə bilərik. 9 yaşlı övladının məhkəmə qərarı ilə onun əlindən alınaraq atasına verildiyi xəbərini elə mükəmməlliklə mətbuata sızdırdı ki, hətta KİV-lər də bu yalana inanaraq məsələni ictimailəşdirdi. Lakin sonradan məlum oldu ki, məhkəmə həftənin bəzi günlərində uşağın atası ilə görüşməyinə icazə verib. Öz övladını şəxsi mənafeyi uğrunda istifadə edən bir insandan hər cür pislik gözləmək olar. Onu da qeyd etmək istərdim ki, Azərbaycan təcrübə məkanı deyil.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb